Yuxu Haqqında » AloNe.Ws və MoRFiN.aZ|ThE BeSt Of AZNet [Eurovision 2015 All Songs,yay geyimleri, sac duzumleri, mentiq, aforizmler, avatarlar, menali sozler, maraqli, mp3 ,music, morfin az, Azerbaijan, ulduzlar, show, yumor, burcler, gulmeli, chat, forum, video, film muzikleri indir, download, son albumler, en son]
AloNe.Ws və MoRFiN.aZ ThE BeSt Of AZNet » Maraqlı və məsləhətli » Yuxu Haqqında
Bölmələr
Online

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Unutma!!!
Xocalı - 26.02.1992
Şuşa - 08.05.1992
Laçın - 17.05.1992
Xocavənd - 02.10.1992
Kəlbəcər - 02.04.1993
Ağdərə - 07.07.1993
Ağdam - 23.07.1993
Cəbrayıl - 23.08.1993
Füzuli - 23.08.1993
Qubadlı - 31.08.1993
Zəngilan - 29.10.1993
Top şərhçilər/ay
AnGel
       Yoxdur
Şərhləri: 76
 
ADmiN
       Yoxdur
Şərhləri: 32
 
Avara_Sair
       Yoxdur
Şərhləri: 29
 
MasaL
       Yoxdur
Şərhləri: 29
 
HacerickGuine
       Yoxdur
Şərhləri: 17
 
AbrahamGuine
       Yoxdur
Şərhləri: 16
 
Gordonplaro
       Yoxdur
Şərhləri: 16
 
Glennrof
       Yoxdur
Şərhləri: 16
 
JamesWet
       Yoxdur
Şərhləri: 13
 
StevenBam
       Yoxdur
Şərhləri: 13
 
Reklam
Reklam
Sayğac



�������@Mail.ru


Flud, reklam, kimseni narahat etmey olmaz..! Bir-birimize hormet edey: Qediyyat edib ayın axırına kimi 50 dənə xəbər atana 2 aznlik kontur HəDİYYə By_ADMINSTRATOR

Yuxu Haqqında
   Bölmə: Maraqlı və məsləhətli   Yazdı: AnGel   
Yuxu Haqqında




Yuxu nədir və insanın yuxuya getməsinə nə
səbəb olur? Bu haqda dünya alimlərinin bir çox fikirləri
vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı
beyindəki qanın bir çox hissəsi
bədənin müxtəlif yerlərinə axır və bunu fiziki
amillərlə əlaqələndirirlər. Bəziləri isə elə
düşünür ki, cismi fəaliyyət nəticəsində bədəndə xüsusi maddə cəm olur ki, bu da
əsəb sisteminə təsir göstərir və insanda yuxu
halı meydana gətirir. Bu hal o zamana qədər
davam edir ki, həmin maddə bədən
tərəfindən tamamilə sorulur. Buna görə də
onu kimyəvi amil adlandırırlar. Bəziləri isə yuxunu bir növ əsəb amili ilə əlaqələndirirlər
və deyirlər ki, insan beynində yerləşən fəal
əsəb sistemi əzaların hərəkətini təmin edir və
çox yorğunluq nəticəsində yorulur və sönür.
Bu da əsəb amili ilə bağlıdır. Bütün bu
nəzəriyyələr yuxunu qaneedici dərəcədə izah etmirlər.
1400 il bundan əvvəl Muhəmməd
peyğəmbərə nazil edilən Qurani Kərimdə
yuxuya getməyin ruhun alınması səbəbilə baş
verdiyi xəbər verilmişdir. Uca Allah buyurur: “Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır” (əz-Zumər, 42). Lakin yuxuda ikən ruhun alınması ilə ölüm
anında ruhun alınması arasında fərq vardır.
Yuxuda ikən insanın ruhu alınsa da ruhunun
bədəni ilə əlaqəsi vardır. Təsadüfi deyildir ki,
Peyğəmbər yuxunu ölümün qardaşı
adlandırmışdır. Yuxunun mahiyyəti ruh ilə əlaqəli bir məsələdir. Uca Allah Quranda ruh
haqqında isə belə buyurur: “Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir" (əl-İsra, 85). Peyğəmbərlərin yuxuları Uca Allah Quranda peyğəmbərlərin yuxuları
barəsində xəbər verir. Onların yuxuları gerçək
olur və vəhy sayılır. Məsələn, İbrahim Xəlil –
əleyhissəlam - öz oğluna belə demişdir: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” (əs‐ Saffat, 102).
Həmçinin, Uca Allah Yusifin - əleyhissəlam -
hekayəsi haqqında bizə xəbər verərək
buyurur: “Bir zaman Yusif atasına demişdi: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər” (Yusif, 4).
Surənin sonunda buna yozum olaraq belə
deyilir: "(Yusif) ata‐anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata‐ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir‐birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi.” (Yusif, 100). Həmçinin, hədislərdə bildirilir ki, Allahın elçisinə
ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə
başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi
ki, sübh çağının aydınlığı kimi gerçək olmasın.
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı
və salamı olsun - buyurmuşdur: “Möminin yuxusu peyğəmbərliyin qırx altı hissəsindən
biridir”. Yuxunun növləri Peyğəmbər olmayan insanların yuxusuna
gəlincə, Qurani kərimin Yusif surəsində iki
məhbusun yuxusu və Yusifin onların hər birinin
yuxusunu yozması, həmçinin Yusifin hökmdarın
yuxusunu yozması haqda ayələr nazil edilmişdir.
Peyğəmbər möminin gördüyü yuxunu müjdə adlandıraraq belə demişdir:
“Ey insanlar, həqiqətən möminin gördüyü və
ya ona göstərilən saleh yuxudan başqa
peyğəmbərlikdən heç bir müjdə qalmadı.
Həqiqətən mən, rüku və səcdə vəziyyətində
Quran oxumağı qadağan etdim. Rükuda nöqsansız olan Rəbbə təzim edin (ʺsübhanə
rəbbiyəl azimʺ deyin), səcdədə isə çoxlu dua
edin. Bununla da duanızın qəbul olunma
ehtimalını artırarsınız”.
Bununla aydın olur ki, yuxu bir həqiqətdir. Lakin
bilmək lazımdır ki, hər yuxu doğru olmur. Ola bilər ki, insanın yuxularının bəziləri doğru
çıxsın, bəziləri isə şeytani yuxular olsun.
Bəziləri də insanın oyaq ikən gördükləri
hadisə və faktların yuxu şəklində təzahürüdür.
Peyğəmbər demişdir:
"Qiyamət yaxınlaşdıqca müsəlmanın yuxusu təsadüfi hallarda yalan çıxacaq. Sizlərdən doğru
danışanların yuxusu daha düz çıxacaq.
Müsəlmanın yuxusu peyğəmbərliyin qırx beşdə
bir hissəsidir. Yuxular üçdür: Birincisi, Allahdan
müjdə olan saleh yuxular. İkincisi, şeytanın
təlqin etdiyi kədərləndirici yuxular. Üçüncüsü, yaddaşa həkk olunmuş hadisələrlə bağlı
yuxular. Sizlərdən biri xoşa gəlməyən yuxu
görərsə, yatağından qalxsın. Sonra namaz qılsın
və bu yuxunu heç kəsə danışmasın”.
Əgər insan sevindirici və xoşa gələn bir yuxu
görərsə, Allaha həmd-səna etməli və yuxusunu onu sevənlərə danışmalıdır. Yox,
əgər pis yuxu görərsə, sol tərəfinə üç dəfə
tüpürməli və həmin yuxunun və şeytanın
şərindən Allaha sığınmalıdır. O, bu yuxunu heç
kəsə danışmamalıdır. Belə edərsə, bu yuxu ona
zərər verə bilməz. Bu haqda bir çox səhih hədislər vardır. Rəvayət edilir ki, Əbu Sələmə
demişdir: “Mən bir yuxu görmüşdüm və onun
üzündən xəstələndim. Nəhayət Əbu
Qatədənin belə dediyini eşitdim: “Peyğəmbər
belə demişdir:
“Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama
danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə
isə, həmin yuxunun və şeytanın şərindən
Allaha sığınsın. O, üç dəfə tüpürsün və
yuxusunu heç kəsə danışmasın. Əgər belə
edərsə bu yuxu ona zərər verməz”. (əl-Buxari, 6985). Yuxunu kim yozmalıdır? Müəyyən bir yuxunun yozumunu bilmək
istəyən şəxs isə onu nəsihətinə və
səmimiliyinə arxayın olduğu və eyni zamanda
yuxu yozmağı bacaran bir alimə danışmalıdır. Bu,
yuxu görmüş insana aiddir. Yuxu yozan
şəxslərə gəlincə, onlar gərək Allahdan qorxsunlar və elmsiz surətdə bu sahəyə
müdaxilə etməsinlər. Çünki, yuxu yozmaq hökm
verməkdir. Uca Allah bu haqda buyurur: “(Bir gün Misir) padşahı belə dedi: ... Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxuma hökm verin!” (Yusif surəsi, 43). Məlumdur ki, hökmü yalnız elmi əsaslarla
vermək olar. Məşhur İslam alimi imam Malikdən:
“Hər kəs yuxunu yoza bilərmi?” - deyə
soruşduqda, o belə cavab vermişdir:
“Peyğəmbərliklə oynamaq olarmı? Yuxunu
yalnız onu düzgün yozmağı bacaranlar yozsun. Əgər yaxşı yozumu varsa, onu xəbər versin.
Yox əgər xoşa gəlməz yozumu varsa ya xeyir
söyləsin, ya da sussun”. Muhəmməd peyğəmbəri yuxuda görmək nə
deməkdir? Peyğəmbəri yuxuda görmək haqqında isə
Peyğəmbər belə demişdir:
“Kim yuxuda məni görsə, doğrudan da, məni
görmüş olar. Çünki şeytan mənim simama
girə bilmir və ya mənə bənzəyə bilmir.” Yəni,
hər kim Peyğəmbəri onun vəsfinə uyğun surətdə görərsə, həqiqətən də, onu görmüş
sayılar. Qeyd etmək lazımdır ki, şeytan
Peyğəmbərin simasında görünə bilməsə də,
ancaq başqa bir görünüşdə adamın
yuxusuna girib özünü peyğəmbər kimi təqdim
edə bilər. Elə bu səbəbdən də Peyğəmbəri tanımayan bir çox avamlar yuxuda şeytanı
gördükdən sonra özlərinə vergi verildiyini iddia
edir və haqqı tapdıqlarını güman edirlər. Lakin
özləri də hiss etmədən, ancaq özləri
özlərini aldadırlar.
Peyğəmbəri yuxuda görən adam həqiqətən də onu görüb-görmədiyini bilməsi üçün
Peyğəmbərin vəsfini bilməlidir. Əgər o,
Peyğəmbərin vəsfini bilmirsə, onda yuxusunu
dəqiqləşdirmək üçün onu tanıyan adamlara
müraciət etməli və yuxuda gördüyü adamı
onlara vəsf etməlidir.



 (səslər: 1)
    2-11-2017, 19:06 Baxılıb: 21 Şərhlər: 1
Xəbəri Sosial Şəbəkədə Paylaş
1   MasaL - Istifadəçi | 7 noyabr 2017 23:41  |  


Qrupu: Istifadəçi
Qeydiyyat tarixi: 31.08.2017

Xəbərləri: 0
Şərhləri: 51
Facebook: --

bu haqda hec bir melumatim yoxuydu oldu paylawima gore sagol canim)


Şerhin Elave edilmesi
Adınız:
E-Mail:

Təhlükəsizlik kodundaki 2 kəliməyi daxil edin: