Dünya niyə mövcuddur? » AloNe.Ws və MoRFiN.aZ|ThE BeSt Of AZNet [Eurovision 2015 All Songs,yay geyimleri, sac duzumleri, mentiq, aforizmler, avatarlar, menali sozler, maraqli, mp3 ,music, morfin az, Azerbaijan, ulduzlar, show, yumor, burcler, gulmeli, chat, forum, video, film muzikleri indir, download, son albumler, en son]
AloNe.Ws və MoRFiN.aZ ThE BeSt Of AZNet » Maraqlı və məsləhətli » Dünya niyə mövcuddur?
Bölmələr
Online

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Unutma!!!
Xocalı - 26.02.1992
Şuşa - 08.05.1992
Laçın - 17.05.1992
Xocavənd - 02.10.1992
Kəlbəcər - 02.04.1993
Ağdərə - 07.07.1993
Ağdam - 23.07.1993
Cəbrayıl - 23.08.1993
Füzuli - 23.08.1993
Qubadlı - 31.08.1993
Zəngilan - 29.10.1993
Top şərhçilər/ay
AnGel
       Yoxdur
Şərhləri: 77
 
ADmiN
       Yoxdur
Şərhləri: 34
 
Avara_Sair
       Yoxdur
Şərhləri: 30
 
MasaL
       Yoxdur
Şərhləri: 29
 
HacerickGuine
       Yoxdur
Şərhləri: 17
 
AbrahamGuine
       Yoxdur
Şərhləri: 16
 
Gordonplaro
       Yoxdur
Şərhləri: 16
 
Glennrof
       Yoxdur
Şərhləri: 16
 
JamesWet
       Yoxdur
Şərhləri: 13
 
StevenBam
       Yoxdur
Şərhləri: 13
 
Reklam
Reklam
Sayğac



�������@Mail.ru


Flud, reklam, kimseni narahat etmey olmaz..! Bir-birimize hormet edey: Qediyyat edib ayın axırına kimi 50 dənə xəbər atana 2 aznlik kontur HəDİYYə By_ADMINSTRATOR

Dünya niyə mövcuddur?
   Bölmə: Maraqlı və məsləhətli   Yazdı: ADmiN   
Dünya niyə mövcuddur?


"The Independent" yazır ki, heç bir alimin cavabını bilmədiyi bir sual var: Necə olub ki, dünya indiyədək dağılmayıb?

Alimlər deyirlər ki, elmi cəhətdən danışılarsa, kainat indiyədək mövcud olmamalı idi.

Məqalədə deyilir ki, dünyanın bütün elitar alimləri məhz belə bir məsələ üzərində baş sındırırlar. Onların qənaətinə görə, bütün aləm yarandığı an məhv olmalı idi.

"Siz bu məqaləni oxuyursunuz və deməli dünya dağılmayıb", "The Independent" yazır.

Kainatın başlanğıcında standart elmi modelə görə, eyni miqdarda maddə və antimaddə olub.

Lakin təbiətin qanunlarına əsasən, onlar bir-birini dərhal məhv etməli və yerində heç nə qoymamalı idi. Amma bizim ətrafımızda bu gün də bütöv bir aləm var.

Alimlər bu "antielmi vəziyyətin", yəni dünyanın niyə indiyədək mövcud olmasının səbəbini tapmaq üçün maddə və antimaddə arasında ən mümkün fərqlərə nəzər salıblar.

Onlar müxtəlif vasitələr - kütlənin ölçülməsinə, eletrik cərəyanına, bir sözlə hər şeyə əl atıblar, lakin maddə və antimaddə arasında zərrə qədər də fərq tapmayıblar.

"Bizim bütün müşahidələrimiz nəticəsində bəlli olub ki, maddə və antimaddə arasında tam bir simmetriya var. Elə buna görə də kainat mövcud olmamalı idi" - Avropa Nüvə Araşdırmaları Təşkilatı - CERN-də aparılmış ən son tədqiqatın müəllifiChristian Smorra deyib.

"Burada mütləq bir assimmetriya olmalıdır, lakin biz sadəcə olaraq fərqin nədə olduğunu başa düşmürük. Biz bu simmetriyanın sınma mənbəyini tapa bilmirik" - alim deyib.

Maddə və antimaddə arasında bir mümkün fərq də onların maqnitizmində ola bilərdi. Lakin yeni tədqiqat onların da tam simmetrik və bənzər olduğunu göstərib.

Beləliklə "dünya niyə mövcuddur" sualı bir az da qəlizləşib.

Doktor Smorra-nın alimlər qrupu bizi əhatələyən protonların antiprotonlardan fərqini aşkar etmək məqsədilə onları ölçüblər.

Alimlər antimaddənin maqnitizmini ən təfərrüatlı şəkildə araşdırıblar və təəccübləri daha da artıb: Onlar da tam simmetrik imiş.

CERN-də aparılmış tədqiqat zamanı alimlər antiprotonları xüsusi "Penning tələlələri" ilə tuturdular, çünki antimaddəni fiziki və ya maddi konteynerin içində saxlamaq mümkün deyildi.

"The Independent" yazır ki, indi alimlər antiprotonları hətta daha təfərrüatlı şəkildə öyrənməyə çalışırlar.

Amma başqa bir qrup alim bu qənaətdədir ki, antimaddə baş-ayaq qravitasiya və ya cazibəyə malikdir.

Bu halda antimaddə üzüaşağı yox, üzüyuxarı yıxılmalı idi.
 (səslər: 2)
    2-11-2017, 16:22 Baxılıb: 64 Şərhlər: 1
Xəbəri Sosial Şəbəkədə Paylaş
1   AnGel - Baş Admin | 2 noyabr 2017 17:39  |  


Qrupu: Baş Admin
Qeydiyyat tarixi: 3.07.2016

Xəbərləri: 77
Şərhləri: 77
Facebook: --

Maraqlıdı təşəkkür paylaşım üçün

----------------------------------------------



Şerhin Elave edilmesi
Adınız:
E-Mail:

Təhlükəsizlik kodundaki 2 kəliməyi daxil edin: