Benzin bahalaşdı - RƏSMİ » AloNe.Ws və MoRFiN.aZ|ThE BeSt Of AZNet [Eurovision 2015 All Songs,yay geyimleri, sac duzumleri, mentiq, aforizmler, avatarlar, menali sozler, maraqli, mp3 ,music, morfin az, Azerbaijan, ulduzlar, show, yumor, burcler, gulmeli, chat, forum, video, film muzikleri indir, download, son albumler, en son]
AloNe.Ws və MoRFiN.aZ ThE BeSt Of AZNet » Xəbərlər » Benzin bahalaşdı - RƏSMİ
Bölmələr
Online

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Unutma!!!
Xocalı - 26.02.1992
Şuşa - 08.05.1992
Laçın - 17.05.1992
Xocavənd - 02.10.1992
Kəlbəcər - 02.04.1993
Ağdərə - 07.07.1993
Ağdam - 23.07.1993
Cəbrayıl - 23.08.1993
Füzuli - 23.08.1993
Qubadlı - 31.08.1993
Zəngilan - 29.10.1993
Top şərhçilər/ay
Avara_Sair
       Yoxdur
Şərhləri: 2
 
Bradleypn
       Yoxdur
Şərhləri: 1
 
GamalBiam
       Yoxdur
Şərhləri: 1
 
LeeKl
       Yoxdur
Şərhləri: 1
 
MerdarionNunc
       Yoxdur
Şərhləri: 1
 
KillianTow
       Yoxdur
Şərhləri: 1
 
CaPsurfw
       Yoxdur
Şərhləri: 1
 
Incurdyq
       Yoxdur
Şərhləri: 1
 
Jasontef
       Yoxdur
Şərhləri: 1
 
aggarrHiz
       Yoxdur
Şərhləri: 1
 
Reklam
Reklam
Sayğac



�������@Mail.ru


Flud, reklam, ve s. kimi seyler ve daha kimseni narahat etmey olmaz..! Bir-birimize hormet edey: Qediyyat edib ayın axırına kimi 50 dənə xəbər atana 2 aznlik kontur HəDİYYə By_ADMINSTRATOR

Benzin bahalaşdı - RƏSMİ
   Bölmə: Xəbərlər   Yazdı: Miss_Zenka   
Benzin bahalaşdı - RƏSMİ



Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir.

SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.

Əldə etdiyimiz məlumata görə, "Aİ-95" premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Gələcəkdə "Aİ-95" markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq.

Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92" markalı benzinə şamil olunmur. Yəni istər "Aİ-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.

Bütün bunlar bir yana, "Aİ-95" premium markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə "Aİ-95"-ə olan tələbatın "Aİ-92" markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir.

Üstəlik, bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir. Yeni qiymətlər yalnız lüks avtomobil sürücülərinə təsir edəcək.

Qeyd etdiyimiz kimi, respublikamıza xaricdən gətirilən və müəyyən mənada xarici bazarlardakı qiymətlərdən asılı olan "Aİ-95" premium markalı benzinin qiyməti sərbəst təyin edilir. Eyni zamanda bu markadan olan benzinin qiyməti həm region, həm də dünyanın digər ölkələrində bahalaşıb. Məsələn, Gürcüstanda benzinin qiymət artımı bu il yanvarın 1-də baş verib. Ölkənin yanacaqdoldurma məntəqələrində benzinin qiyməti müvafiq olaraq 40 - 60 tetri artıb. Özü də qiymət artımı benzinin digər markalarını da əhatə edib. 2016-cı il dekabrın sonlarında 1,45 GEL-ə satılan benzin bu il yanvarın 2-dən başlayaraq 1,90, 1,95 və 2 GEL-ədək bahalaşıb. Benzinin qiyməti tədricən, 3 gün ərzində artırılıb. Dizel yanacağının qiyməti də yanvarın 3-dən 30-50 tetri arasında bahalaşıb.

Yanvarın 5-dən isə ölkənin yanacaqdoldurma məntəqələrində avtomobillər üçün nəzərdə tutulmuş təbii qazın qiyməti 15-20 tetri bahalaşıb.

Artıq qaz yanacaqdoldurma məntəqələrində təbii qaz fərqli qiymətlərlə satılır. Belə ki, "Vissol” yanacaqdoldurma məntəqəsində qazın bir kubmetri üçün 1,45 lari (təqribən 0,54 dollar), "Qamma”, "Formula” məntəqələrində 1,46 lari, "Heoraz” məntəqələrində isə 1,45 lariyə satılıb. Bütün bunlara rəğmən Azərbaycanda ötən il benzinin qiymətində hər hansı bahalaşma müşahidə edilməyib.

Rusiyada isə Aİ-95 və daha yüksək oktanlı benzinin qiyməti ötən ay 38,33 rubldan (1,09 manat) 38,36 rubla (1,10 manat) qədər bahalaşıb.

Ümumilikdə isə ötən ilin əvvəlindən 2016-cı ilin sonuna qədər Rusiyada benzininin qiyməti 3,7%, dizel yanacağının qiyməti isə 2,7% artıb.

Bütün bunlar onu göstərir ki, proses digər ölkələrdə də baş verir. Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətindəki artım isə qonşu Rusiyadan və Gürcüstandan fərqli olaraq benzinin digər növlərinin qiymətinə təsir etməyəcək.

Qeyd etdiyimiz kimi, hazırda "Aİ-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir. Bu markalı benzinin əvvəlki qiyməti də digər ölkələrlə müqayisədə ucuz (0.95 AZN) idi. Onu da vurğulamaq yerinə düşür ki, hazırda "Aİ-92" markalı benzinin qiyməti 70, dizel yanacağının qiyməti isə 60 qəpikdir.
 (səslər: 0)
    17-01-2017, 03:04 Baxılıb: 155 Şərhlər: 0
Xəbəri Sosial Şəbəkədə Paylaş
Şerhin Elave edilmesi
Adınız:
E-Mail:

Təhlükəsizlik kodundaki 2 kəliməyi daxil edin: