"Ət bahalaşacaq" - Ekspertlər həyəcan təbili çalır » AloNe.Ws və MoRFiN.aZ|ThE BeSt Of AZNet [Eurovision 2015 All Songs,yay geyimleri, sac duzumleri, mentiq, aforizmler, avatarlar, menali sozler, maraqli, mp3 ,music, morfin az, Azerbaijan, ulduzlar, show, yumor, burcler, gulmeli, chat, forum, video, film muzikleri indir, download, son albumler, en son]
AloNe.Ws və MoRFiN.aZ ThE BeSt Of AZNet » Xəbərlər » "Ət bahalaşacaq" - Ekspertlər həyəcan təbili çalır
Bölmələr
Online

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Unutma!!!
Xocalı - 26.02.1992
Şuşa - 08.05.1992
Laçın - 17.05.1992
Xocavənd - 02.10.1992
Kəlbəcər - 02.04.1993
Ağdərə - 07.07.1993
Ağdam - 23.07.1993
Cəbrayıl - 23.08.1993
Füzuli - 23.08.1993
Qubadlı - 31.08.1993
Zəngilan - 29.10.1993
Top şərhçilər/ay
Avara_Sair
       Yoxdur
Şərhləri: 2
 
Bradleypn
       Yoxdur
Şərhləri: 1
 
GamalBiam
       Yoxdur
Şərhləri: 1
 
LeeKl
       Yoxdur
Şərhləri: 1
 
MerdarionNunc
       Yoxdur
Şərhləri: 1
 
KillianTow
       Yoxdur
Şərhləri: 1
 
CaPsurfw
       Yoxdur
Şərhləri: 1
 
Incurdyq
       Yoxdur
Şərhləri: 1
 
Jasontef
       Yoxdur
Şərhləri: 1
 
aggarrHiz
       Yoxdur
Şərhləri: 1
 
Reklam
Reklam
Sayğac



�������@Mail.ru


Flud, reklam, ve s. kimi seyler ve daha kimseni narahat etmey olmaz..! Bir-birimize hormet edey: Qediyyat edib ayın axırına kimi 50 dənə xəbər atana 2 aznlik kontur HəDİYYə By_ADMINSTRATOR

"Ət bahalaşacaq" - Ekspertlər həyəcan təbili çalır
   Bölmə: Xəbərlər   Yazdı: Avara_Sair   
"Ət bahalaşacaq" - Ekspertlər həyəcan təbili çalır

Manatın dekabrın 21-dəki devalvasiyasından sonra ərzaq və ərzaq məhsullarının sürətlə bahalaşması əhali arasında sosial gərginliyə səbəb olub.

Bahalaşma əhalinin qida rasionunda üstünlük təşkil edən dana və quzu ətindən də yan keçməyib. Devalvasiyadan əvvəl 6 manat 50 qəpik - 7 manata satılan dana əti bayram günlərindən etibarən 8 - 8 manat 50 qəpiyə, əvvəllər 9 manata təklif edilən quzu əti isə 11 - 11 manat 50 qəpiyə satılır.

AloNe.Ws xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov modern.az saytına deyib ki, ölkədə ət istehsalı ilə bağlı çox ciddi problemlər var:

“Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya uyğun olaraq il ərzində adambaşına ət istehlakı 80 kiloqram müəyyən olunduğu halda, ölkəmizdə 25 kiloqram ət istehsal olunur. İdxalla birlikdə adambaşına il ərzində 34 kiloqram ət istehlak edilir. Bu o deməkdir ki, biz hətta tələbatımızın yarısı qədər də ət istehlak etmirik.

Ət çatışmazlığı səbəbindən Azərbaycanda ətin qiyməti digər ölkələrdən fərqli olaraq çox yüksəkdir. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda ət 2 dəfə bahadır. Əhalinin tələbatına uyğun olaraq ət istehsal edilmədiyi üçün ölkədə ət çatışmazlığı var. Ona görə də qiymətlərdə manipulyasiya hallarına şərait yaranır.

Təəssüf ki, bazara çıxarılan ətin böyük hissəsi idxal hesabınadır. Ölkəyə diri mal-qara, xırdabuynuzlu heyvanlar gətirilir və kəsilərək istehlakçılara təklif olunur. Təəssüf ki, bu sahədə də inhisarçılıq var. Ona görə də ət bazarında qiymətlər tez-tez dəyişir”.

Vahid Məhərrəmov qeyd edib ki, indiki halda qiymətin dəyişməsi bazarda ətin çatışmazlığı, həm də manatın devalvasiyası ilə bağlıdır: “Onu da deyim ki, Azərbaycanda heyvandarlıq inkişaf etdirilmir. Bunun üçün bitkiçiliyi, xüsusən yemçiliyi inkişaf etdirmək lazımdır. Yəni yem bazası yaratmaq lazımdır. Təəssüf ki, bizdə yemçiliyə, ümumiyyətlə, fikir verilmir.

Manatın devalvasiyası ət istehsalçılarının, tədarükçülərinin də istehlak xərclərini artırdığından bahalaşma labüd olub.

Əgər fermerlərin, sahibkarların istehlak xərcləri artırsa, onlar da təklif etdikləri malın, məhsulun qiymətlərini artırılmalıdır. Təəssüf ki, vəziyyət bir müddət belə davam edəcək, bahalaşma ən yüksək həddə çatacaq”.
 (səslər: 1)
    7-01-2016, 22:29 Baxılıb: 336 Şərhlər: 0
Xəbəri Sosial Şəbəkədə Paylaş
Şerhin Elave edilmesi
Adınız:
E-Mail:

Təhlükəsizlik kodundaki 2 kəliməyi daxil edin: