Cincilim bitkisi » AloNe.Ws və MoRFiN.aZ|ThE BeSt Of AZNet [Eurovision 2015 All Songs,yay geyimleri, sac duzumleri, mentiq, aforizmler, avatarlar, menali sozler, maraqli, mp3 ,music, morfin az, Azerbaijan, ulduzlar, show, yumor, burcler, gulmeli, chat, forum, video, film muzikleri indir, download, son albumler, en son]
AloNe.Ws və MoRFiN.aZ ThE BeSt Of AZNet » Maraqlı və məsləhətli » Cincilim bitkisi
Bölmələr
Online

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Unutma!!!
Xocalı - 26.02.1992
Şuşa - 08.05.1992
Laçın - 17.05.1992
Xocavənd - 02.10.1992
Kəlbəcər - 02.04.1993
Ağdərə - 07.07.1993
Ağdam - 23.07.1993
Cəbrayıl - 23.08.1993
Füzuli - 23.08.1993
Qubadlı - 31.08.1993
Zəngilan - 29.10.1993
Top şərhçilər/ay
HacerickGuine
       Yoxdur
Şərhləri: 13
 
StevenBam
       Yoxdur
Şərhləri: 13
 
AbrahamGuine
       Yoxdur
Şərhləri: 13
 
Gordonplaro
       Yoxdur
Şərhləri: 12
 
JamesWet
       Yoxdur
Şərhləri: 12
 
Glennrof
       Yoxdur
Şərhləri: 12
 
CharlesSmalS
       Yoxdur
Şərhləri: 11
 
AnGel
       Yoxdur
Şərhləri: 9
 
Avara_Sair
       Yoxdur
Şərhləri: 8
 
HerBici
       Yoxdur
Şərhləri: 5
 
Reklam
Reklam
Sayğac



�������@Mail.ru


Flud, reklam, ve s. kimi seyler ve daha kimseni narahat etmey olmaz..! Bir-birimize hormet edey: Qediyyat edib ayın axırına kimi 50 dənə xəbər atana 2 aznlik kontur HəDİYYə By_ADMINSTRATOR

Cincilim bitkisi
   Bölmə: Maraqlı və məsləhətli   Yazdı: AnGel   
Cincilim bitkisi

Botaniki təsnifatı.Cincilim bitkisi Qərənfilçiçəklilər–Caryophllaceae fəsiləsindəndir. Azərbaycanda 5 növü yayılmışdır.Dünyada 100–dən çox,Qafqazda isə 8 növü məlumdur. Gövdəsinin hündürlüyü 10 – 30 sm olan birillik və yaxud ikiillik ot bitkisidir. Çiçəkləri xırda olub ağ, meyvəsinin toxumu isə tünd qəhvəyi rəngdədir. Çiçəklənməsi iyun ayından sentyabra kimi davam edir. Bitkinin ömrü 3 – 4 həftə çəkir. Cincilim yaşayış evlərinin yaxınlığında, bostanlar, bağçalar, kanalların ətraflarında, nəmişli yerlərdə,çay kənarları, yolların qıraqlarında bitir. Cincilimdən toyuq və donuzların yemlənməsində istifadə olunur. Təbabətdə ən çox istifadə olunan cincilim növü orta cincilimdir.

Orta cincilim – Stellaria media. Birillik və yaxud ikiillik ot bitkisi olub, 10 – 30 sm hündürlüyündədir. Yarpaqları qarşı
– qarşıya düzülən yumurtavari formadadır. 1,5 – 3 sm uzunluğunda yuxarıda yerləşənləri oturacaq, aşağıda yerləşən yarpaqları saplaqlıdır. Hamaşçiçəkləri yalançı – dixotomdur. Qutucuğu yumurtavari və yaxud uzunsovdur. Xırda, ağ rəngli çiçəklərinin ləçəkləri sərbəstdir, erkəkciyi 3 – 5, yumurtalığı üstəndir. Bitki aprel ayından sentyabra kimi çiçəkləyir.

Azərbaycanın aşağı dağ ətəyindən subalp qurşağına qədər demək olar ki,bütün rayonlarında cincilimə yabanı halda rast gəlinir. Xüsusən alaqlı yerlərdə, yol ətrafında, çay kənarlarında, qayalıqlarda ehtiyatı daha çoxdur. Bu nəmişlik sevən bitki rütubətli meşə yolları kənarlarında, yaşayış binalarının ətrafında, ən çox isə münbitli torpaq sahələrində, baö və bostanlarda, ləklərin arasında elə yayılır ki, alaqotu kimi buna qarşı mübarizə çox çətinlik törədir.

Tətbiqi. Cincilimdən hazırlanan preparatlar vitamin, bakteriosid, soyuqdəymə, damar genişləndirmə, qan təzyiqini aşağı salma, sidikqovucu,ödqovucu, qankəsici, yarasağaldıcı və s. xüsusiyyətlərə malikdir. Azərbaycan xalq təbabətində cincilimin su ilə qarışdırılmış şirəsi mədə – bağırsaq xəstəlikləri zamanı ağrıkəsici kimi işlədilir. Amerika əczaçılıq firmalarının hazırladığı dərman preparatı maddələr mübadiləsinin pozulması, xüsusilə şəkər xəstəliyi zamanı, ciyər və dəri xəstəliklərində – qaşınma, sızanaq, səpmə, əsəb, çiban, ekzema, artrit zamanı oynaqların iltihabı və s. xəstəliklərdə geniş tövsiyə edilir. Qızdırmanı salmaq, orqanizmdə qanın keyfiyyətini yaxşılaşdırmaq və sakitləşdirici kimi də böyük təsir gücünə malikdir. Cincilimdən ərzaq məhsulu kimi də geniş istifadə olunur. Əsasən qutab və dovğada işlədilir.


 (səslər: 1)
    24-11-2017, 19:29 Baxılıb: 29 Şərhlər: 1
Xəbəri Sosial Şəbəkədə Paylaş
1   AYTAC - Aktiv User | 24 noyabr 2017 20:46  |  


Qrupu: Aktiv User
Qeydiyyat tarixi: 19.11.2017

Xəbərləri: 13
Şərhləri: 69
Facebook: --

bu bitkinin xeyirri oldugun bilirdm tewekkuler


Şerhin Elave edilmesi
Adınız:
E-Mail:

Təhlükəsizlik kodundaki 2 kəliməyi daxil edin: